Skip links

Mitsubishi

Group Motors-un tərkibinə daxil olan Diamond Motors şirkəti 2007-ci ildən etibarən Mitsubishi avtomobillərinin Azərbaycanda rəsmi distribütoru olaraq fəaliyyət göstərir.

“Mitsubishi “3S” Beynəlxalq korporativ tələblərə və standartlara cavab verən yeni Avtomobil Mərkəzi Bakı-Sumqayıt şossesi, 6-cı km ünvanında yerləşir.

Azərbaycanda iri avtomobil mərkəzlərindən olan Mitsubishi Avtomobil Mərkəzində çoxsaylı və tələbkar zövqlü müştərilərin avtomobillərinin geniş və rahat parkinqi, yüksək peşəkarlıqla texniki servis xidmətinin göstərilməsi, eləcə də avtomobil sahiblərinin komfortlu istirahətinin təmin edilməsi üçün mükəmməl şərait yaradılıb.

“3S” Beynəlxalq standartına müvafiq Mərkəz, yəni, “Showroom” (“Ticarət salonu”), “Spare parts” (“Ehtiyat hissələri anbarı”) və “Service” (“Servis”) Mitsubishi avtomobili sahiblərinin tam çoxməqsədli istifadəsinə verilib.

Şirkətə məxsus Mitsubishi Avtomobil Mərkəzində müştərilərə yük maşınları və şəhər tipli şərnişin avtobusları da daxil olmaqla Mitsubishi avtomobillərin bütün model sırası təqdim edilməklə yanaşı, keyfiyyətli texniki servis, orijinal ehtiyat hissələri və aksessuarlar əldə etmək mümkündür.

Mitsubishi Avtomobil Mərkəzində əldə edilən bütün avtomobillərə 3 il və ya 100 000 km zəmanət verilir.

“Mitsubishi Motors” beynəlxalq tədris mərkəzində hazırlıq keçmiş yüksək peşəkar heyətimiz Mitsubishi avtomobillərinə keyfiyyətli texniki xidmət göstərilməsi və onların təmiri üçün zəruri avadanlıq və xüsusi alətlərlə təchiz olunub. Görülən işlər zamanı yalnız orijinal ehtiyat hissələrindən və istehsalçı tərəfindən tövsiyyə edlilən materiallardan istifadə olunur.