Skip links

Honda

Honda özünü sadəcə avtomobil və ya motosikl istehsalçısı hesab etmir. Biz özümüzü fərdi hərəkətlilik və sərbəstliyə istiqamətlənmiş bir şirkət hesab edirik.

Biz 1946-cı ildə Honda-nın əsasını qoyarkən dərhal prototiplər və velosipedlər üçün yardımçı mühərriklər üzərində işləməyə başladıq. Səbəb çox sadə idi. Biz velosiped sürməni daha asan və daha əyləncəli etmək istəyirdik. 1947-ci ildə Honda A-Type istehsal olundu və dərhal satışa buraxıldı.

Biz həmin günlərdən indiyədək çox uzun yol keçib müxtəlif texnologiya və məhsulların heyrətamiz dərəcədə geniş çeşidini təkmilləşdirmişik. Lakin onların hər biri bizim əsas məqsədimizə xidmət edir: insanların hər yerdə fərdi hərəkətliliyi və bunun bəxş etdiyi sərbəstliyin sevincini yaşamasına yardım etmək.