Group Motors

2006-cı ildən fəaliyyət göstərən Group Motors, Azərbaycanın avtomobil sənayesində lider şirkətlərdən biridir. Şirkətimiz Toyota, BYD, Honda Mazda, Mitsubishi, Ford, və Subaru avtomobillərini Azərbaycan bazarında təqdim edir. Eyni zamanda, bu brendlərin avtomobilləri üçün ehtiyat hissələrinin təchizatını və texniki servis xidmətlərini təmin edirik.

19 ilFəaliyyət göstəririk
3Satış nöqtəsi
6Brend
Group Motors

Tariximiz

Subaru şirkəti ilə əməkdaşlığımız başlayıb

Subaru avtomobilləri ilə əməkdaşlığa başlayaraq, yüksək performanslı və təhlükəsiz nəqliyyat vasitələrini yerli bazara təqdim etmişik.

2006

Portfelimizi genişləndirdik - Mitsubishi Motors

Mitsubishi brendinin yenilikçi və etibarlı avtomobillərini təqdim etməklə portfelimizi genişləndirərək, bu markanın üstünlüklərini müştərilərimizə çatdırmışıq.

2007

Rəsmi Honda partnyoruyuq

Honda brendi ilə əməkdaşlıq edərək, effektivliyi, texnologiyanı və performansı bir araya gətirmişik.

2008

Mazda avtomobillərinin təqdimatına başladıq

Group Motors, Mazda avtomobillərinin yüksək keyfiyyətli və innovativ modellərini yerli bazara təqdim etməyə başlamışdır.

2009

Uğurumuzun açarı - Toyota Abşeron

2016-cı ildə Group Motors Toyota ilə əməkdaşlığa başlayaraq müştərilərimizə ən etibarlı qlobal brendlərdən birinin yüksək keyfiyyətli, innovativ və dünya səviyyəli avtomobillərinə çıxış imkanı yaratdı.

2016

Ford brendi marka portfelimizə əlavə olunub

Group Motors, Ford brendini marka portfelinə əlavə edərək müştərilərinə bu məşhur avtomobil brendinin üstünlüklərindən faydalanmaq imkanı təqdim etmişdir.

2021

BYD Abşeron – Azərbaycanda rəsmi diler

BYD markasının Azərbaycandakı rəsmi dileri olaraq fəaliyyətə başladıq. Bununla da müştərilərimizə BYD avtomobillərini rəsmi zəmanətlə, orijinal ehtiyat hissələri və beynəlxalq standartlara uyğun servis xidmətləri ilə təqdim etmək imkanı yarandı.

2025