Mitsubishi

Mitsubishi Azərbaycanda: Yüksək Keyfiyyət və Peşəkarlıq
“Mitsubishi “3S” Beynəlxalq korporativ tələblərə və standartlara cavab verən yeni Avtomobil Mərkəzi Bakı-Sumqayıt şosesi, 6-cı km ünvanında yerləşir.
Azərbaycanda ən iri avtomobil mərkəzlərindən olan Mitsubishi Avtomobil Mərkəzində müştərilər üçün geniş və rahat parkinq, yüksək peşəkarlıqla texniki servis xidmətləri və avtomobil sahiblərinin komfortlu istirahətini təmin etmək üçün mükəmməl şərait yaradılıb.
“3S” Beynəlxalq standartına uyğun Mərkəz, yəni, “Showroom” (“Ticarət salonu”), “Spare parts” (“Ehtiyat hissələri anbarı”) və “Service” (“Servis”) Mitsubishi avtomobili sahiblərinin çoxməqsədli istifadəsinə verilib.
Group Motors, Mitsubishi ilə əməkdaşlıq çərçivəsində müştərilərə yük maşınları və şəhər tipli sərnişin avtobusları da daxil olmaqla, Mitsubishi avtomobillərinin bütün model sırasını təqdim edir. Burada həmçinin keyfiyyətli texniki servis, orijinal ehtiyat hissələri və aksessuarlar əldə etmək mümkündür. Mitsubishi Avtomobil Mərkəzində əldə edilən bütün avtomobillərə 3 il və ya 100 000 km zəmanət verilir.
“Mitsubishi Motors” beynəlxalq tədris mərkəzində hazırlıq keçmiş yüksək peşəkar heyət, Mitsubishi avtomobillərinə keyfiyyətli texniki xidmət göstərilməsi və onların təmiri üçün zəruri avadanlıq və xüsusi alətlərlə təmin olunub. Görülən işlər zamanı yalnız orijinal ehtiyat hissələrindən və istehsalçı tərəfindən tövsiyə edilən materiallardan istifadə olunur.