BYD Absheron

BYD Abşeron – Azərbaycanda rəsmi BYD dileri
Group Motors 2006-cı ildən etibarən Azərbaycanın aparıcı avtomobil şirkətlərindən biridir. Toyota Abşeron, Ford, Subaru, Mazda, Mitsubishi və Honda kimi dünya brendlərinin rəsmi distribütoru olan şirkət artıq BYD markasını da ölkəmizdə təqdim edir.
BYD Abşeron – Azərbaycanın ilk rəsmi BYD dileridir. Bu addım ilə Group Motors ölkənin avtomobil bazarında yeni səhifə açır. Uzun illər alıcılar BYD avtomobillərini paralel idxal yolu ilə əldə edirdilər. İndi isə müştəriləri rəsmi zəmanət və tam etibarlı servis xidmətləri gözləyir.
BYD Abşeron müştərilərinə nə təklif edir?
- Rəsmi zəmanət: 6 il və ya 150 000 km
- Orijinal ehtiyat hissələri və peşəkar servis
- Geniş model seçimi: şəhər üçün kompakt modellərdən tutmuş, ailəvi SUV və elektrik avtomobillərinə qədər
- Əlçatan sahiblik imkanları: sərfəli ilkin ödəniş və rahat kredit şərtləri
BYD – dünyanın lider yeni enerji avtomobili brendi
BYD artıq qlobal miqyasda milyonlarla avtomobil satışı ilə lider mövqedədir. 2025-ci ildə Fortune Global 500 siyahısında ilk 100-ə daxil olan şirkət Avropada da istehsala başlayır və dünyanın ən sürətlə böyüyən avtomobil istehsalçılarından biridir.
BYD Abşeron olaraq bizim məqsədimiz yalnız avtomobil satmaq deyil. Bizim missiyamız – hər bir Azərbaycan ailəsinə etibarlı, müasir və əlçatan avtomobil təqdim etməkdir.
Sloqanımız:
“Azərbaycanda hər ailənin avtomobili olacaq.”






