Mazda

“Mən ona ilk baxışdan vuruldum!” “O cazibədardır!” “Mənim kimi, çevik və incə xasiyyəti var.”
Mazda-nın sahibləri öz seçimlərini məhz bu sözlərlə ifadə edirlər. Bəs bunun səbəbi nədədir?
Bu avtomobilin ruhu — elə həmin Zoom-Zoom-dur! Mazda-nı seçən hər kəs bunu hiss edir. Mazda-nın sükanı arxasında əyləşən hər bir kəs sadəcə avtomobili idarə etmir, o, mühərriklə birlikdə “işə düşür” və hərəkətdən uşaq sevincinə bənzər bir zövq alır. Hansı modelin sükanı arxasında olduğunuz və neçə yaşınızın olması əhəmiyyətli deyil. Mazda ilə siz həmişə qəlbən cavansınız. Yolda Mazda-nı görənlər geriyə dönüb ona baxmağa məcbur olur. Sərbəst yaşamaq və avtomobil sürmək – məhz Zoom-Zoom əhval-ruhiyyəsi budur. Əgər siz də bu əhval-ruhiyyəni hiss etmək, sərbəstlik və cavanlıqla dolu bir təcrübə yaşamaq istəyirsinizsə, Mazda-ya qoşulun!
Ünvanımız: Bakı şəhəri, Bakı-Sumqayıt şosesi, 6-cı km. Məhz burada Mazda ilə əməkdaşlığı olan Group Motors şirkətinin avtomobil mərkəzi yerləşir. Bu mərkəz müştərilərə Mazda-nın unikal imkanlarını daha dərindən hiss etmək üçün geniş imkanlar təqdim edir.
Mazda-nın Azərbaycandakı yeni avtomobil mərkəzinin açılış mərasimində Mazda Europe Avropa ofisinin nümayəndələri – Avropada biznes strategiyası məsələləri üzrə vitse-prezidenti cənab Stiv Robertson və biznes strategiyası məsələlərinə dair Qrupun layihələr üzrə meneceri cənab Piter Lebek də iştirak etmişdilər.
Mazda avtomobillərinin satışı və xidmət üzrə ixtisaslaşdırılmış mərkəz bir neçə əsas hissəyə bölünüb:
- Girişdə geniş dayanacaq: 4185 kv.m. sahə.
- Salon: 1200 kv.m.
- Servis mərkəzi: 2200 kv.m.
- Anbar otaqları: 300 kv.m.
Müştərilər bəyəndikləri modellərlə yaxından tanış ola, yüksək ixtisaslı məsləhətçilərə müraciət edə və test-drayv sınağından keçərək öz seçimlərini edə bilərlər. Mazda-nın yeni salonunda müştərilərə avtomobilin satın alınması ilə bağlı tam xidmət spektri təklif edilir: kreditləşmə və sığortalama, zəmanətli və texniki xidmət, əlavə avadanlıq və aksesuarların satışı və quraşdırılması. Servis zonası ən mürəkkəb təmir işlərinin aparılması üçün müasir avadanlıqlarla təchiz olunub. Şirkət mütəxəssislərinin yüksək ixtisaslılığı isə rəhbərliyin prioritet istiqamətlərindən biridir.