07 fev 2025

Neta L, S və GT modelləri artıq Bakıdadır

Azərbaycan avtomobil bazarı yeni texnologiyalar və innovasiyalarla zənginləşməyə davam edir. Artıq Neta-nın premium modelləri olan Neta L, Neta S və Neta GT Bakıdadır və satışdadır. Bu avtomobillər elektrik mobilliyini yeni səviyyəyə qaldıraraq, sürücülərə unikal təcrübələr təqdim edir.

Neta L modeli, geniş daxili məkanı və Extended Range texnologiyası ilə, 1000 km-dən artıq məsafə qət etmək imkanını təqdim edir.

Neta S, sürət və texnologiya həvəskarları üçün nəzərdə tutulmuşdur. 170 kVt mühərrik gücü ilə, bu model 6,9 saniyədə 0-dan 100 km/s sürətə çatır. Yüksək aerodinamik dizaynı və innovativ təhlükəsizlik sistemləri ilə sürücülərə tam bir komfort və təhlükəsizlik hissi bəxş edir.

Neta GT isə yüksək performans sevənlər üçün ideal seçimdir. 6,5 saniyədə 0-dan 100 km/s sürətə çatma qabiliyyəti və 565 km məsafə qət etmək imkanı ilə, GT modeli şəhər və uzun məsafəli sürüşlər üçün mükəmməl seçimdir.

Satışda olan kampaniyalar

Neta modellərinin hamısına 3 il və ya 120.000 km zəmanət təqdim olunur. Bundan əlavə, faizsiz kredit kampaniyası ilə müştərilər aylıq ödəmə yükü olmadan bu premium modellərə sahib ola bilərlər.

Neta modellərinin üstünlükləri

-Neta L və Neta S modelləri Extended Range texnologiyası ilə təchiz edilmişdir.

-Neta GT modeli, müasir dizaynı və güclü performansı ilə seçilir.

-Təhlükəsizlik və smart idarəetmə sistemləri ilə tam təchizatlıdır.

-İstər iş, istər ailə üçün ideal seçimlər təklif edir.

-Üstün maliyyələşdirmə şərtləri

Artıq siz də bu avtomobillərə sahib olmaq üçün faizsiz kredit kampaniyasından yararlana bilərsiniz. Daha ətraflı məlumat üçün *5665 nömrəsinə zəng edin və ya Babək pr., 29 ünvanındakı satış mərkəzimizi ziyarət edin.

Neta modelləri ilə müasir elektrik mobillik dünyasına qoşulun və sürüşünüzü yeni səviyyəyə qaldırın!