Toyota Abşeron Mərkəzi Faizsiz Kredit Kampaniyası Elan Edib
Toyota Abşeron Mərkəzi kreditlə avtomobil sahibi olub əlavə faizlərdən canını qurtarmaq istəyənlər üçün əla fürsət təqdim edir!
Hazırda Toyota Abşeron Mərkəzində Azərbaycanın ən çox tələb olunan SUV modellərindən olan Land Cruiser Prado və Land Cruiser 300 üçün faizsiz kredit kampaniyasını keçirilir.
Artıq bu möhtəşəm modellərə sahib olmaq üçün əlavə bank faizləri ödəməyə ehtiyac yoxdur.
Toyota Abşeronun bu təşəbbüsü müştərilərinə həm maliyyə baxımından əlverişli, həm də brendə uyğun xidmət təcrübəsi təqdim edir.
Kampaniya çərçivəsində təqdim edilən əsas üstünlüklər:
• 0% illik faiz dərəcəsi – əlavə faiz yükü olmadan aylıq ödəniş imkanı
• Sürətli və şəffaf təsdiq prosesi
• Məhdud sayda avtomobil – kampaniya yalnız müəyyən sayda modellərlə məhdudlaşır
• Rəsmi servis və zəmanət – satış sonrası yüksək keyfiyyətli dəstək, 10 ilədək zəmanət imkanı
Bu kampaniya xüsusilə aşağıdakı kateqoriyadakı müştərilər üçün nəzərdə tutulub:
• Yüksək keyfiyyət və status axtaran şəxslər
• Premium SUV seqmentində rahatlıq və güc arayanlar
• Faizsiz, risksiz və şəffaf maliyyələşdirmə istəyənlər
• Toyota-nın rəsmi təmsilçisindən orijinal təcrübə yaşamaq istəyənlər
Land Cruiser 250 və 300 modelləri, Toyota-nın 70 illik SUV irsinin ən son və ən yüksək zirvəsidir. İstər şəhər daxilində, istər çətin relyefli yollarda – bu modellər güc, komfort və texnologiyanı eyni anda təqdim edir. İndi isə bu imkan, faizsiz kredit şərtləri ilə daha əlçatan olur.
Ətraflı məlumat və test sürüşü üçün Toyota Abşeron Mərkəzinə yaxınlaşa və ya *0110 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Toyota Abşeron mərkəzi Sumqayıt şosesi 6-cı km ünvanında yerləşir.
Digər xəbərlər
Toyota Abşeron Mərkəzi Faizsiz Kredit Kampaniyası Elan Edib
Bu kampaniya sizə əlavə bank xərclərindən azad şəkildə, Toyota-nın premium SUV modellərinə sahib olmaq imkanı yaradır.

Neta L, S və GT modelləri artıq Bakıdadır
Neta-nın premium modelləri Neta L, Neta S və Neta GT artıq Bakıdadır. Bu elektrik avtomobilləri innovativ texnologiya, yüksək performans və müasir dizayn ilə seçilir. Neta L və S modelləri Extended Range texnologiyası ilə 1000 km-dən artıq məsafə qət edə bilir, Neta GT isə 6,5 saniyədə 100 km/s sürətə çatır.

Toyota C-HR Hybrid –Faizsiz Kreditlə!
Toyota Abşeron dinamik və müasir avtomobil axtaranlar üçün unikal fürsət təqdim edir! Toyota C-HR 2.0 4WD Hybrid modelini 24 ayadək 0% faizsiz kreditlə əldə etmək mümkündür. Hibrid texnologiyası, 4WD sistemi, yüksək təhlükəsizlik standartları və qabaqcıl sürüş köməkçi sistemləri ilə Toyota C-HR həm şəhər, həm də yolsuzluq şəraiti üçün ideal seçimdir. Kampaniya məhdud müddətlidir, Toyota Abşeron rəsmi satış mərkəzlərinə müraciət edin!