Toyota 2022-ci ildə dünyanın ən çox avtomobil satan istehsalçısı titulunu qoruyub

Marja xəbər verir ki, Qrupun yük maşını bölməsi Hino Motors və kiçik avtomobil istehsalçısı Daihatsu da daxil olmaqla qlobal satışları 0,1% azalıb. Belə ki, 8,6 milyon avtomobilin Yaponiya xaricinə rekord satışı (2,3% artıb) onun daxili bazarındakı satışının 9,6% azalmasının böyük hissəsini kopmensasiya edib.
İkinci yerdə olan rəqibi Volkswagen Qrupu Çində COVID-19 məhdudiyyətləri və Ukraynadakı müharibənin tədarük zəncirlərini pozduğu üçün 8,3 milyon ədəd avtomobil olmaqla son on ildə ən aşağı satışını etdiyini bildirib.
Toyota üçün də bəzi çiplə bağlı tədarük məhdudiyyətləri qalmasına baxmayaraq, Yapon avtomobil istehsalçısı Asiyada güclü tələbatın, Asiya və Şimali Amerikada istehsal gücünü və optimallaşdırmanı artması sayəsində 2022-ci ildə qlobal istehsalını 5,3% artıra bilib.
Toyotanın cari maliyyə ili üçün istehsal proqnozu 9,2 milyon ədəddir.
Digər xəbərlər
Toyota Abşeron Mərkəzi Faizsiz Kredit Kampaniyası Elan Edib
Bu kampaniya sizə əlavə bank xərclərindən azad şəkildə, Toyota-nın premium SUV modellərinə sahib olmaq imkanı yaradır.

Neta L, S və GT modelləri artıq Bakıdadır
Neta-nın premium modelləri Neta L, Neta S və Neta GT artıq Bakıdadır. Bu elektrik avtomobilləri innovativ texnologiya, yüksək performans və müasir dizayn ilə seçilir. Neta L və S modelləri Extended Range texnologiyası ilə 1000 km-dən artıq məsafə qət edə bilir, Neta GT isə 6,5 saniyədə 100 km/s sürətə çatır.

Toyota C-HR Hybrid –Faizsiz Kreditlə!
Toyota Abşeron dinamik və müasir avtomobil axtaranlar üçün unikal fürsət təqdim edir! Toyota C-HR 2.0 4WD Hybrid modelini 24 ayadək 0% faizsiz kreditlə əldə etmək mümkündür. Hibrid texnologiyası, 4WD sistemi, yüksək təhlükəsizlik standartları və qabaqcıl sürüş köməkçi sistemləri ilə Toyota C-HR həm şəhər, həm də yolsuzluq şəraiti üçün ideal seçimdir. Kampaniya məhdud müddətlidir, Toyota Abşeron rəsmi satış mərkəzlərinə müraciət edin!