06 fev 2025

Toyota C-HR Hybrid –Faizsiz Kreditlə!

Toyota Abşeron dinamik və müasir avtomobil axtaranlar üçün eksklüziv kampaniya elan edir! İndi Toyota C-HR 2.0 4WD Hybrid modelini 24 ayadək 0% kreditlə əldə etmək mümkündür.

Toyota C-HR həm şəhər sürüşü, həm də yolsuzluq şəraiti üçün nəzərdə tutulmuş güclü hibrid texnologiyasına sahibdir. Yüksək təhlükəsizlik standartları, BSM kor zonaların izləmə sistemi, Pre-Crash qəzadan əvvəl xəbərdarlıq sistemi, ağıllı parkinq köməkçisi və lane keep assist kimi funksiyalar ilə sürücülər üçün maksimum təhlükəsizlik və rahatlıq təmin edir.

Toyota C-HR – Hibrid Gücü və İntellektual Texnologiyalar

✅ Güclü və Ekoloji Cəhətdən Təmiz Hibrid Mühərrik
• 2.0L, 4 silindrli mühərrik (1987 cc)
• 197 at gücü və 180 km/s maksimal sürət
• 4WD tam ötürücü sistem

✅ Yüksək Təhlükəsizlik və Avtomatik Sürüş Yardımı
• ABS, VSC və Parking Support Brake sistemləri
• Kor zonaların izlənməsi (BSM) və Pre-Crash sistemi
• Lane Keep Assist (LKA) və ağıllı parkinq köməkçisi
• Ön və yan təhlükəsizlik yastıqları, pərdə tipli hava yastıqları

✅ Premium İnteryer və Rəqəmsal Texnologiyalar
• 12.3" Multi-İnformasiyalı Displey və Head-Up Display
• Dəri və zamş oturacaq seçimləri, qızdırılan ön oturacaqlar və sükan
• İki zonalı avtomatik kondisioner və açarsız daxilolma
• Wireless charger, Bluetooth, AUX və USB çıxışları
• Kruiz-kontrol və naviqasiya sistemi

✅ Eksteryer Dizaynı və Aerodinamik Üstünlüklər
• LED ön faralar və gündüz işıqları (DRL)
• Elektriklə tənzimlənən və qızdırılan yan güzgülər
• Aerodinamik arxa spoyler və ikirəngli kuzov dizaynı
• 225/55R18 ölçülü premium yüngül lehimli təkərlər

Haradan Almaq Olar?

Bu möhtəşəm kampaniyadan yararlanmaq üçün Toyota Abşeron rəsmi satış mərkəzlərinə yaxınlaşın və Toyota C-HR 2.0 4WD Hybrid ilə innovasiya və performansı hiss edin!

📞 *5665
📞 +994 12 349 01 00
📍 Bakı-Sumqayıt şosesi, 6-cı km

Kampaniya məhdud müddətlidir! Toyota C-HR ilə yeni nəslin hibrid gücünü hiss edin!