Mazda, Mitsubishi, Ford və Subaru brendləri artıq rəsmi olaraq Babəkdə də satılacaq

GroupMotors ölkənin avtomobil sektorunda növbəti böyük addımını ataraq Babək prospektində yerləşən yeni çoxbrendli satış və xidmət mərkəzinin açılışını həyata keçirdi. Yeni mərkəz Mitsubishi, Mazda, Ford və Subaru brendlərinin satışını və servis xidmətlərini bir ünvanda birləşdirir.
Açılış mərasimində şirkət rəhbərliyi, partnyorlar və media nümayəndələri iştirak edib. Mərkəzin yaradılmasında əsas məqsəd avtomobilə sahib olma prosesini daha əlçatan, daha rahat və daha təhlükəsiz etməkdir. GroupMotors-un illərdir davam etdirdiyi missiya bu gün də dəyişməz olaraq qalır:
“Hər ailənin avtomobili olacaq.”
Yeni istifadəyə verilən Babək Mərkəzi müasir standartlara uyğun olaraq dizayn edilib və burada hər bir brend üçün ayrıca satış zonaları və tam təchizatlı servis sahələri fəaliyyət göstərir.
GroupMotors-un Marketinq Direktoru Aşur Cəfərov açılış zamanı bildirib:
“Bu mərkəz bizim üçün sadəcə yeni bir obyekt deyil — ölkəmizdə avtomobil mədəniyyətini inkişaf etdirmək və müştərilərimizə daha geniş imkanlar yaratmaq üçün atdığımız növbəti strateji addımdır. Məqsədimiz ailələrin təhlükəsiz və etibarlı avtomobilə çıxışını asanlaşdırmaqdır.”
Yeni Babək Mərkəzində müştərilər Mitsubishi brendinin Eclipse Cross, Outlander Sport, Pajero Sport və L200 modelləri, Ford brendinə aid Ranger və Transit modelləri, həmçinin Mazda-nın Mazda 3, CX-5, CX-60 və CX-90 modelləri ilə daha rahat şəraitdə tanış ola biləcək.
Eyni zamanda, mərkəzdə yerləşən satış sonrası xidmət sahəsi müştərilərə yüksək standartlara uyğun servis, təmir və ehtiyat hissələri dəstəyi təklif edir.
GroupMotors bu mərkəzlə paytaxtdakı xidmət şəbəkəsini daha da gücləndirir və qarşıdakı dövrdə ölkənin digər regionlarında da genişlənməyi planlaşdırır.
📍 Ünvan: Babək prospekti 33
📞 Əlaqə mərkəzi: *5665
Digər xəbərlər

Mazda, Mitsubishi, Ford və Subaru brendləri artıq rəsmi olaraq Babəkdə də satılacaq
GroupMotors Babəkdə yeni çoxbrendli avtomobil mərkəzinin açılışını etdi
Toyota Abşeron Mərkəzi Faizsiz Kredit Kampaniyası Elan Edib
Bu kampaniya sizə əlavə bank xərclərindən azad şəkildə, Toyota-nın premium SUV modellərinə sahib olmaq imkanı yaradır.

Toyota C-HR Hybrid –Faizsiz Kreditlə!
Toyota Abşeron dinamik və müasir avtomobil axtaranlar üçün unikal fürsət təqdim edir! Toyota C-HR 2.0 4WD Hybrid modelini 24 ayadək 0% faizsiz kreditlə əldə etmək mümkündür. Hibrid texnologiyası, 4WD sistemi, yüksək təhlükəsizlik standartları və qabaqcıl sürüş köməkçi sistemləri ilə Toyota C-HR həm şəhər, həm də yolsuzluq şəraiti üçün ideal seçimdir. Kampaniya məhdud müddətlidir, Toyota Abşeron rəsmi satış mərkəzlərinə müraciət edin!