15 apr 2025

Toyota Abşeron Mərkəzi Faizsiz Kredit Kampaniyası Elan Edib

Toyota Abşeron Mərkəzi kreditlə avtomobil sahibi olub əlavə faizlərdən canını qurtarmaq istəyənlər üçün əla fürsət təqdim edir!

 

Hazırda Toyota Abşeron Mərkəzində Azərbaycanın ən çox tələb olunan SUV modellərindən olan Land Cruiser Prado və Land Cruiser 300 üçün faizsiz kredit kampaniyasını keçirilir.

 

Artıq bu möhtəşəm modellərə sahib olmaq üçün əlavə bank faizləri ödəməyə ehtiyac yoxdur.

 

Toyota Abşeronun bu təşəbbüsü müştərilərinə həm maliyyə baxımından əlverişli, həm də brendə uyğun xidmət təcrübəsi təqdim edir.

 

 

Kampaniya çərçivəsində təqdim edilən əsas üstünlüklər:

               •             0% illik faiz dərəcəsi – əlavə faiz yükü olmadan aylıq ödəniş imkanı

               •             Sürətli və şəffaf təsdiq prosesi

               •             Məhdud sayda avtomobil – kampaniya yalnız müəyyən sayda modellərlə məhdudlaşır

               •             Rəsmi servis və zəmanət – satış sonrası yüksək keyfiyyətli dəstək, 10 ilədək zəmanət imkanı

 

Bu kampaniya xüsusilə aşağıdakı kateqoriyadakı müştərilər üçün nəzərdə tutulub:

               •             Yüksək keyfiyyət və status axtaran şəxslər

               •             Premium SUV seqmentində rahatlıq və güc arayanlar

               •             Faizsiz, risksiz və şəffaf maliyyələşdirmə istəyənlər

               •             Toyota-nın rəsmi təmsilçisindən orijinal təcrübə yaşamaq istəyənlər

 

Land Cruiser 250 və 300 modelləri, Toyota-nın 70 illik SUV irsinin ən son və ən yüksək zirvəsidir. İstər şəhər daxilində, istər çətin relyefli yollarda – bu modellər güc, komfort və texnologiyanı eyni anda təqdim edir. İndi isə bu imkan, faizsiz kredit şərtləri ilə daha əlçatan olur.

 

Ətraflı məlumat və test sürüşü üçün Toyota Abşeron Mərkəzinə yaxınlaşa və ya *0110 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

 

Toyota Abşeron mərkəzi Sumqayıt şosesi 6-cı km ünvanında yerləşir.